Bakıda borcu olan şəxsi bıçaqla hədələyib pulunu aldılar

Bakıda borcunu vaxtında qaytarmayan kişi bıçaqla hədələnib.

Bu barədə Oxu.Az-a paytaxtın Xətai rayon Polis İdarəsindən məlumat verilib.

Məlumatlara görə, 39 yaşlı paytaxt sakini Emin Həmidov 35-ci polis bölməsinə müraciət edib.

O, yanvarın 22-də, saat 16.00 radələrində Admiral Naximov küçəsində tanışları Dilsuz və Anarın onun “Ford” markalı avtomobilinə mindiyini deyib. Ona bıçaqla hücum edərək maşının açarlarını əlindən alıblar. Sonra cinayətkarlar ondan 800 AZN gətirməsini və yalnız bu halda açarları ona qaytaracaqlarını bildiriblər.

E.Həmidovun sözlərinə görə, onun Vasif adlı şəxsə 1000 manat borcu olub və pulu vaxtında qaytara bilməyib. Buna görə Vasif yoldaşları Dilsuz və Anarı onun yanına göndərib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində polis şübhəli şəxslərin kimliyini müəyyənləşdirib. 33 yaşlı Dilsuz Əli oğlu Zülfiqarov və 31 yaşlı Vasif Vaqif oğlu Əliyev tutulublar. Üçüncü şübhəlinin də şəxsiyyəti müəyyənləşdirilib, lakin onun axtarışı hələ davam edir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu