Ərdoğan zəlzələdə yaralananları ziyarət edib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Elazığda baş verən zəlzələdə yaralananları şəhər xəstəxanasında ziyarət edib.

Bu barədə “Haberglobal” məlumat yayıb.

Yaralananlarla danışıb, onlara şəfa arzulayan prezident təbii fəlakət və onun nəticələri ilə bağlı əlavə məlumatlar alıb.

Ərdoğan dağıntılar altında ikən telefon danışığı ilə məşhurlaşan Əminə Kuştəpəni də ziyarət edib. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu