Traktor qəzaya uğradı: Kənd qazsız qaldı

Yanvarın 28-də səhər saatlarında Zərdab pambıqtəmizləmə zavoduna məxsus texnika rayonun Qazyan kəndi ərazisində diametri 108 mm olan yerüstü qaz xəttinin üzərinə aşıb. 

Bununla bağlı “Azəriqaz” İB-nin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nəticədə qaz xətti qırılıb. Qəzyan kəndinin bir hissəsi – təqribən 300 abonentin qaz təminatında fasilə yaranıb. 

Hadisənin səbəbləri araşdırılır və fəsadların tezliklə aradan qaldırılması üçün tədbirlərin görülməsinə başlanılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu