Ahıl insanların əlini öpmək qəbahət deyil: Namizəd piarını istədiyi kimi qura bilər

Parlament seçkilərində iştirak edəcək deputatlığa namizədlər təşviqat kampaniyasını davam etdirirlər. Seçicilərlə görüşən namizədlər müxtəlif təşviqat üsuluna əl atırlar. Namizədlərin üstünlük verdiyi davranışlardan biri də yaşlı seçicilərin əlini öpmək, qocalara xüsusi qayğı göstərməkdir. 

Məsələ ondadır ki, bəzi namizədlərin yaşlıların, xüsusən nənələrin əlini öpməsi və bu görüntüləri paylaşması cəmiyyətdə birmənalı qarşılanmır. Bir qisim belə rəftarı səmimiyyət göstəricisi kimi qəbul etsə də, əksəriyyət bunu namizədlərin “xal toplamaq cəhdi” kimi qiymətləndirirlər. 

Mövcud durumla bağlı Ağ Partiya başqanı, deputatlığa namizəd Tural Abbaslı “Şərq”ə bildirib ki, namizədlər hər seçici qrupuna daxil olan kəsimlə görüşməli, ünsiyyət qurmalı və onların fikirlərini almalıdır. 

Partiya rəhbəri vurğulayıb ki, qanunda hər hansı bir seçicinin səsi digərindən üstün tutulmur: 



Tural Abbaslı: “Lağ olunan məsələ əl öpən bəzi namizədlərin qeyri-səmimiliyi və riyakarlığıdır”


“Hər seçicinin sadəcə 1 səsi var. Bu, məsələnin hüquqi tərəfidir. Məsələnin piar və mənəvi tərəfinə gəldikdə isə burada hər namizəd istədiyi seçki taktikasını seçməkdə sərbəstdir. Kim necə uyğun bilirsə, o cür də edir. Mən milli-mənəvi dəyərlərə sadiq biri kimi ağbirçəklərə və ağsaqqalara xüsusi diqqət göstərilməsinə müsbət baxıram. Odur ki, yaşlı nənələrimizin əllərindən öpən namizədlərə lağ etmək fikrindən uzağam. Əslində əhalinin böyük əksəriyyəti də buna pis baxmır. Lağ olunan məsələ əl öpən bəzi namizədlərin qeyri-səmimiliyi və riyakarlığıdır. Namizədlər seçici qarşısında səmimi olmalıdır. Əks təqdirdə bu cür gülüş hədəfinə çevriləcəklər. Atalarımız boş yerə deməyiblər ki, “xalqın gözü tərəzidir”. Düşünürəm ki, namizədlər səmimi olsalar, seçiciləri inandıra və uğur qazana bilərlər. Bunun başqa yolu yoxdur”. 

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu