Ermənistan vaxt uzadır: Danışıqlar nəticəsiz qalacaq

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri  Zohrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 29-30-u tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək. Bu barədə Ermənistan XİN rəsmi açıqlama yayıb. 

Nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyi, bundan sonra Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli danışıqlar aparacağı gözlənilir. Sonuncu dəfə nazirlər 2019-cu ilin dekabrında Slovakiyanın paytaxtı Bratislavada görüşüb. 

Görüşlə bağlı düşüncələrini “Şərq”ə danışan Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib ki, xarici işlər nazirlərinin gözlənilən növbəti görüşü 2020-ci ilin plan və görüşlər qrafikinin razılaşdırılmasına xidmət edir. 



Vasif Əfəndiyev: “Növbəti görüş 2020-ci ilin plan və görüşlər qrafikinin razılaşdırılmasına xidmət edir”


Politoloqun sözlərinə görə, XİN rəhbərlərinin görüşlərində problemin həlli üçün hər hansı razılaşmaya imza atılacağı və ya bunun üçün zəmin yaradılacağı gözlənilmir: 

“Ermənistan baş naziri Nikol Paşinyanın bu günlərdə “Madrid prinsipləri”ni, problemin nizamlanma paketinin şərtlərini açıqlaması erməni ictimaiyyətinə bir mesaj idi. Paşinyan bununla vurğulamaq istəyirdi ki, bu prinsiplərə söykənərək danışıqları davam etdirsə, beynəlxalq hüquq normalarının tələbinə görə, işğal olunmuş əraziləri qaytarmaq məcburiyyətində qalacaq. Ona görə də danışıqların vaxtını mümkün qədər uzadaraq, daha münasib şəraitin yaranmasını gözləmək üçün tədbirlər görür. O səbəbdən xarici işlər nazirləri səviyyəsində təmaslardan ciddi nəticə gözləməyə dəyməz”.

Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu