Şair seçicilərə müraciət etdi: “Əmin olduğum bir həqiqət var...” - FOTOLAR

Tovuz ağsaqqalı, şair Mikayıl Bozalqanlı 104 saylı Gədəbəy-Tovuz seçki dairəsinin seçicilərinə müraciət edib. Şair seçiciləri həmin dairədən namizəd olan tanınmış ictimai-siyasi xadim, politoloq Arzu Nağıyevə səs verməyə çağırıb. 

Müraciətdə deyilir: Hörmətli seçicilər! Tədricən seçki marafonu finişə  doğru inkişaf edir. Bir çox seçicilərə o da bəllidir ki, seçkilər sona çatdıqdan sonra namizədlər tərəfindən  verilən bütün vədlər unudulur, hər kəs çəklir öz kabinetinə, iş otağına. Hər kəs öz kreslosuna yiyələnir və bununla da növbəti seçkilərə qədər hər şey bitmiş olur, sükut dövrü başlayır.  

Mən namizədlərdən kimisə birmənalı şəkildə ideallaşdırmaq fikrindən uzağam, Sadəcə, mənə  bəlli olan, əmin olduğum bir həqiqət var - Arzu müəllim Nağıyev mahiyyəti etibarilə yarımçıqlığa, natamamlığa zidd bir şəxs, bir şəxsiyyətdir.



İndiyə qədər kənd-kənd, ev-ev gəzdiyi yaşayış yerlərində görüşdüyü insanlara, yəni potensial seçicilərə, nəyi söz veribsə, hansı məsuliyyəti öz üzərinə götürübsə, nəticə müsbət olacağı halda, əgər siz məsələyə daha anlaşıqlı yanaşaraq səsinizi ona versəniz, mütləq sözünə sonacan əməl edəcəyinə inanıram. 

Tanıdığımız, illər ərzində bir dəfə də olsun, əgər ona işimiz düşüb, müraciətimiz olubsa, bizi naümid qoyduğunun şahidi olmamışıq. İnanıram ki, bu dəfə də öz əqidəsinə, illərlə əldə etdiyi yetkin xarakterinə zidd getməyəcək, imkanları daxilində seçicilərin, bütövlükdə xalqın, vətənin  rifahı naminə əlindən gələn hər bir işi  ardıcıl olaraq və tam məsuliyyəti ilə icra edəcək. Bu yolda bütöv insana, ləyaqətli politoloqa, siyasi şəthçiyə və nəhayətdə, seçicilərin ümidlərini doğrultmaq yolunda siyasi meydana atılan  Arzu Nagıyevə başladığı işində uğur və ləyaqətli qələbə arzulayıram.



Paylaş

Bizi Facebookda izləyin
menu
menu