Azərbaycanlı tələbə gözəllik müsabiqəsində qalib gəldi - FOTO

Həştərxanda keçirilən “Etno-Miss HDTU-2020” müsabiqəsində azərbaycanlı tələbə qalib olub. 

Oxu.Az universitetin rəsmi saytına istinadən xəbər verir ki, Aysel Musayeva “Miss Təvazökarlıq” nominasiyası üzrə qalib elan edilib. 

A.Musayeva Həştərxan Dövlət Texniki Universitetinin İqtisadiyyat İnstitutunun tələbəsidir. 

Yarışda iştirak edən qızlar Azərbaycanı, İspaniyanı, Madaqaskarı, Misiri, Rusiyanı, Ukraynanı və Gürcüstan üzrə özlərinə obrazlar seçiblər. 

Müsabiqə üç mərhələdən ibarət olub.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu