Güləş üzrə dünya çempionumuz Rusiyada faciəvi şəkildə öldü - FOTO (YENİLƏNİB) 

Sultan Nəsrullayev 2012-2013-cü ilə qədər sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü olub.  Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Güləş Federasiyasının (AGF) Mətbuat Xidmətinin rəisi Sərxan Musalı deyib. 

Onun sözlərinə görə, bundan sonra S.Nəsrullayev yığmadan ayrılıb və Dağıstana köçüb. 

S.Musalı bildirib ki, 7-8 ildir AGF ilə əlaqəsi olmayıb və onun ölümü ilə bağlı heç bir məlumatımız yoxdur.

14:34

Sərbəst güləş üzrə Azərbaycan yığmasının üzvü Sultan Nəsrullayev Rusiyada ağır yol-nəqliyyat hadisəsində ölüb. 

Midag.ru xəbər verir ki, bununla bağlı əslən dağıstanlı olan idmançının yaxınları məlumat verib. 

Qəza yanvarın 25-də Moskva-Həştərxan magistralının 607-ci kilometrliyində Voronej vilayətinin Qribanovskiy rayonunda olub. 

Hadisə zamanı S.Nəsrullayevdən başqa üç nəfər də həyatını itirib. 

Qeyd edək ki, 54 kq çəki dərəcəsində çıxış edən S.Nəsrullayev 2011-ci il avqustun 25-də Macarıstanın Szombatxel şəhərində yeniyetmə güləşçilərin dünya çempionatında qızıl medal qazanıb.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu