Rusiyada daha bir təyyarə təcili eniş etdi

Rusiyada daha bir təyyarə təcili eniş edib.

Bu barədə TASS aeroportun mətbuat xidmətinə istinadla xəbər yayıb.

Məlumata görə, “Embraer” sərnişin təyyarəsi Rusiyanın Novosibirsk aeroportunda heyət üzvlərinin qərarı ilə təcili eniş edib.

İlkin məlumatlara görə, Novosibirsk-Yekaterinburq marşrutu ilə hərəkət edən təyyarənin qanadı açılmadığından problem yaranıb.

Qeyd edək ki, bundan əvvəl Rusiyada Xabarovsk şəhərindən Moskvaya reys həyata keçirən təyyarə anonim təhdid səbəbi ilə uçuşunu yarımçıq qoyaraq təcili eniş həyata keçirmişdi. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu