Qətərə yeni baş nazir təyin edildi

Qətər dövlətinin əmiri Şeyx Təmim bin Həməd Al Tani hazırkı Baş nazir Abdullah bin Nasir ben Xəlifə Al Taninin istefasını qəbul edərək Nazirlər Kabinetinə yeni rəhbər təyin edib.

Qətər dövləti əmirliyinin dəftərxanasından verilən məlumatda qeyd olunur ki, Qətər dövlətinin başçısı Xalid bin Xəlif Al Tanini yeni hökumətin başçısı təyin edib. 

TASS agentliyi məlumat verir ki, Abdullah bin Nasir Xəlifə Al Tani əmirliyin hökumətinə 2013-cü ildən rəhbərlik edirdi.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu