Sahib Məmmədov: “Exit poll” 118 dairədə keçiriləcək”

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqası fevralın 9-da keçiriləcək seçkilərlə əlaqədar “exit-poll” keçirmək üçün Mərkəzi Seçki Komissiyasına (MSK) müraciə edib.

Məlumata görə, Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının "AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə seçkilərdə “exit poll” keçirəcək qurum kimi qeydə alınıb.

Ətraflı məlumat üçün Sherg.az-a danışan Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov bildirib ki, Liqa 2015-ci ildən etibarən Vətəndaşların Əmək Liqası "AJF&Associates İnc.” təşkilatı ilə bələdiyyə istisna olmaqla bütün seçkilər və referendumlarla bağlı “exit-poll” keçirib:

“Bu ilki seçkilərdə də əsas texnologiya "AJF&Associates İnc.” təşkilatınındır. “Exit poll” Azərbaycanda 118 dairə üzrə 1053 seçki məntəqəsini əhatə edəcək. Buraya 47 supervayzer cəlb edilməsi planlaşdırılır. 

“Exit-poll” Bakıda və müxtəlif bölgələrdə keçirilərək. Adətən seçkilər zamanı Naxçvanda “exit-poll” keçirmirik. Təbii ki, Naxçıvan da Azərbaycanın tərkib hissəsidir. Sadəcə olaraq Naxçıvanın blokada şəraitində olduğu üçün oraya gediş-gəliş çətindir, xərc çox çıxır".

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu