Paşinyan gözlənilmədən Kəlbəcərə gəldi - FOTO

Ermənistan Baş naziri Nikol Paşinyan gözlənilmədən Qarabağa gəlib.

Modern.az xəbər verir ki, o, işğal altındakı Kəlbəcər rayonu ərazisində zabitlər üçün tikilmiş 32 mənzillik binanın açılışında iştirak edib.

Mərasimə onunla birlikdə, müdafiə naziri David Tonoyan da qatılıb. Mərasim Ermənistan ordusunun yaranmasının 28 illiyinə həsr olunub.

Xatırladaq ki, ermənilər Kəlbəcər və keçmiş Ağdərə rayonunun ərazisində Şaumyan rayonu adlı qondarma inzibati vahid yaradıblar.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu