Avropa Məhkəməsi Türkiyəni cərimələdi

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Türkiyədən olan vətəndaşın iddiasını təmin edib. Ona dövləti tərəfindən 300 min avro mənəvi və 1250 avro maddi təzminat ödənilməsinə qərar verilib.

Türkiyə mediası xəbər verir ki, Ayşə Teymurləng adlı qadın 1996-cı ildə Ankaranın Gülhanə Hərbi Tibb Akademiyasında keçirdiyi əməliyyatlardan sonra səhhətində fəsadlar yaranıb və nəticədə ayağı amputasiya olunub.

Həkim səhlənkarlığının qurbanı olduğunu iddia edən A.Teymurləng Ankara 3-cü İdarə Məhkəməsinə şikayət ərizəsi təqdim edib. 2008-ci ildə yekunlaşan məhkəmədə qalib gələn şikayətçinin xeyrinə 50 min lirə maddi və mənəvi təzminat qərarı çıxarılıb. Əməliyyatın keçirildiyi 1996-cı ildən 2008-ci ilə qədər, faizi ilə birgə zərərçəkənə dövlət tərəfindən 330 min lirə təzminat ödənilib.

Lakin məhkəmə qərarındakı dəyişiklik səbəbi ilə 28 min lirə yenidən müvafiq dövlət qurumuna qaytarılıb. Bundan narazı qalan A.Teymurləng AİHM-ə müraciət edib və nəticədə 300 min avrodan çox təzminat qazanıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu