Türkiyə sərhədinə 40 min nəfərə yaxın qaçqın dayanıb

Suriya ordusu və Rusiya hərbçilərinin İdlib şəhərinə hücumları səbəbindən, son 24 saatda 39 min mülki şəxs Suriya-Türkiyə sərhədinə axışıb. Türkiyə mətbuatı xəbər verir ki, bu barədə Suriya Müdaxilə Koordinatorluğunun rəhbəri Məhəmməd Həllac açıqlama verib.

Onun sözlərinə görə, hücumların artması nəticəsində İdlibin Eriha, Sərkaib, Cəbəl və Zaviyə qəsəblərindən köç etdənlərin sayı durmadan artır: “Köçkünlərin böyük əksəriyyəti Türkiyə sərhədinə, digərləri isə Türkiyənin “Fərat qalxanı” və Zeytun budağı” əməliyyatları ilə terrorçulardan təmizlənən ərazilərə yerləşdirilib”.

Bundan əlavə, İdlibdə çadır düşərgələrinin köçkünlərlə dolması, yeni çadırlar qurmaq üçün isə lazımi infrastrukturların olmaması və yardımların azalması səbəbindən minlərlə vətəndaş sığınacaq tapmaqda çətinlik çəkir.

Qeyd edək ki, hazırda İdlibdə 4 milyona yaxın insan məskunlaşıb ki, onların bir hissəsini digər bölgələrdən köç edənlər təşkil edir. 2015-ci ildən bəri İdlibə Suriya müxalifəti nəzarət edir. Məhz bu səbəbdən də İdlib Əsəd rejiminin əsas hədəflərindən biridir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu