Deputat:“Namizədlər sərbəst formada öz təbliğatlarını aparırlar” – Maneə yoxdur


Elman Nəsirov: “Mənim dairəmdəki digər 9 namizədin hamısı üçün bərabər şərait yaradılıb. İstənilən yerdə seçicilərlə görüş təşkil edirlər”

“Seçkiyə qatılan bütün namizədlər sərbəst formada, qanunlar çərçivəsində öz təbliğatlarını aparırlar”

“Seçkiyə qatılan bütün namizədlər sərbəst formada, qanunlar çərçivəsində öz təbliğatlarını aparırlar”.
Bunu "Sherg.az"a açıqlamasında Yeni Azərbaycan Partiyasının 68 saylı Cəlilabad kənd seçki dairəsi üzrə deputatlığa namizədi, siyasi elmlər doktoru, professor Elman Nəsirov deyib. 

Deputatlığa namizəd bildirib ki, təbliğat-təşviqat kampaniyası çərçivəsində 34 seçki məntəqəsi üzrə seçicilərlə görüşləri keçirilib. Bütün seçicilərlə açıq, səmimi söhbətlər edilir və insanları narahat edən məsələlər dinlənilir: 

“Seçki məntəqələrində xüsusi lövhələr qurulub. Həmin lövhələrdə deputatlığa namizədlərin fotoları yapışdırılır. 68 saylı Cəlilabad seçki dairəsində deputatlıq uğrunda mübarizə aparan 10 namizədin hamısının şəkilləri həmin lövhədə sərgilənir. Düzdür, bəzi namizədlərin fotoları ayrı-ayrı müəssisələrin, mağazaların qapılarına, şüşələrinə yapışdırılmışdı. Bu hal qanunverciliyin tələblərini pozduğu üçün müvafiq qurumlara müraciət etdik və qarşısını aldıq. Bundan başqa yanvarın 17-dən etibarən başlayan seçki təbliğatında hansısa ciddi qanun pozuntusu qeydə alınmayıb. Mənim dairəmdəki digər 9 namizədin hamısı üçün bərabər şərait yaradılıb. İstənilən yerdə seçicilərlə görüş təşkil edirlər. Hamısı üçün bərabər imkanlar yaradılır”.  

E.Nəsirov həm açıq, həm də qapalı havada seçicilərlə görüş keçirildiyini bildirib: 

“Bu görüşlərdə seçicilərin sayı çox olur və açıq şəkildə fikirlərini ifadə edirlər. Görüşlərimiz səmimi və qarşılıqlı anlaşma şəraitində, böyük ruh yüksəkliyi ilə keçir. Biz “Daha güclü Azərbaycan naminə” şüarı ilə seçkilərə qatılmışıq. Təbliğat-təşviqat prosesində YAP-ın namizədlərinin bir üstünlüyü var. Bu üstünlüyün səbəbi odur ki, partiya rəhbərliyinin, dövlət başçısı cənab İlham Əliyevin apardığı siyasət xalq tərəfindən birmənalı dəstəklənir. Bizim də hakim partiyanın təmsilçisi kimi danışmağa sözümüz olur. Fevral ayının 9-da xalq öz seçimini edəcək. Xalqın gözü tərəzidir. Əminik ki, ən layiqli namizədə səs verəcəklər”. 



Paylaş

Bizi Facebookda izləyin
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu