Koronavirus daha bir ölkənin «qapısını döydü» :4 nəfər yoluxub,1-i kritik...

 
Fransada 4 nəfər koronavirusa yoluxub.
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, yoluxma hallarına bu ölkəyə səyahətə gələn 80 yaşlı çinli turist səbəb olub. Hazırda həmin turist və digər 3 nəfər xəstəxanaya yerləşdiriliblər. Həmin turistin Çində koronavirusun yuvası hesab olunan Vuhan şəhərinin Ubey vilayətindən olduğu bildirilir.
Fransa Səhiyyə Agentliyinin baş direktoru Jerom Salomon faktı təsdiqləyib. O qeyd edib ki, Çin vətəndaşının vəziyyəti daha kritik olduğu üçün davamlı müayinələr olunur.
Ötən həftənin cümə günü Fransada 3 nəfər bu virusa yoluxub. Amma onların vəziyyəti elə də pis deyil və bu hadisə  böyük narahatlıq doğurmadı. Amma Çin vətəndaşının vəziyyəti olduqca kritikdir”. 

Qeyd edək ki, Fransada koronavirusa  Bordoda 48 yaşlı kişi və 31 yaşlı qadın, Parisdə isə 30 yaşlı qadın yoluxub. Onlar xəstəxanaya yerləşdiriliblər. Virusa qarşı müəyyən müalicələr alırlar. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu