Dünya mediası bu TISBAĞADAN YAZIR: “Ölümcül vəziyyətdə tapılıb, amma... ” -FOTOLAR



Argentinada ölü vəziyyətdə tapılan tisbağa ilkin yardımdan sonra özünə gəlib və 26 plastik qalığı ifraz edib. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bir argentinalı balıqçı toruna düşən yaşıl tısbağanı ölümdən xilas edə bilib. Balıqçı həmin tısbağanı sığınacağa yerləşdirib. Bir neçə gün müayinə və müalicə oldunduqdan sonra həmin tısbağa plastik qalıqlarından ibarət nəcis ifraz edib. Beynəlxalq Təbiəti Qoruma Birliyinin verdiyi məlumata görə, həmin növ tisbağalar nəsli kəsilmə təhlükəsi ilə üz-üzədir. 

Tısbağanın müayinə oldunduğu mərkəzin rəhbəri bildirib ki,Mundo Marino bəyan edib ki, onun rehabilitasiya prosesi davam etdirilir. 
Mərkəzin baytarı İqnasio Pena bəyan edib ki, tısbağanın müayinəsi zamanı onun mədəsində hansısa müəyyən qalıqlar aşkarlanıb. Həmin qalıqların ifraz edilməsi üçün mədədə hərəkəti gücləndirən “persitaltiq”dərmanlar verilib. Bundan sonra o 26 plastikdən ibarət 13 qramlıq nəcis ifraz edib. 

Qeyd edək ki, ildə “Greenpeace”nin verdiyi məlumata görə, hər il okeana 300 milyon ton plastik tökülür.  8 ilə müdətində onun 12 milyon tonu okeanda “əriyir”. Bu plastik və sintetik materiallar dəniz faunasına və dənizkənarı sahələrə ən çox təsir göstərən amildir. Bu tullantılar dəniz heyvanlarına və okeanın dibinə olduqca mənfi təsir göstərir. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu