Ucuzlaşma qaçılmazdır: Koronavirus dünya iqtisadiyyatını çökdürəcək

Çində yaşanan koronavirus dəhşəti dünya iqtisadiyyatını çökdürəcəkmi? Bu, hazırda “virusla necə mübarizə aparmalı” sualından heç də az səslənmir, əksinə, dünya birjalarındakı çaxnaşma Çinin Vuhan əyalətindəki qorxunc virus təhlükəsinə bərabər hala gəlib.  Məlumdur ki, Çin dünya iqtisadiyyatının ən böyük istehsalçılarından biridir. Bir vaxtların məşhur “ABŞ-ın dövlət bayrağını da Çin istehsal edir” lətifəsi isə əslində tam bir reallıqdır.  

Bu arada qeyd etməliyik ki, Respublika Gigiyena və Epidemiologiya Mərkəzi koronavirus təhlükəsi ilə əlaqədar vətəndaşlarımıza Çindən onlayn sifarişləri dayandırmağı məsləhət görüb.

Mərkəzin direktor müavini Afaq Əliyeva bildirib ki, əgər Çində karantin tədbirləri həyata keçirilirsə, hər kəs özünü qorumaq üçün onlayn sifarişləri dayandırmalıdır: 
“Düzdür, həmin məhsullar gömrük məntəqələrində müayinədən keçirilir, yoxlanılır, amma yenə də alış-verişi, bütün əlaqələri məhdudlaşdırmaq olar. Çünki koronavirus haqqında ÜST-nin belə tam məlumatı yoxdur. Virus hələ öyrənilir. Ona görə bir qədər ehtiyatlı olmaq lazımdır”.

Koronavirus dünya iqtisadiyyatına necə təsir edəcək və Azərbaycan bu ziyandan hansı itkilərlə çıxa bilər?



İqtisadçı: "Çıxış yolu, təkcə, indiki zaman üçün demirəm, bütün zamanlar üçün, yerli istehsalı artırmaq və idxaldan asılılığı azaltmaqdır"


İqtisadçı Fuad İbrahimov “Şərq”ə açıqlamasında koronavirus təhlükəsinin dünya birjalarını artıq təhdid etdiyini dedi:

“Ötən dəfə də demişdim ki, koronavirus təhlükəsi genişlənərsə, vəziyyət ciddiləşərsə, dövlətlər karantin rejimi tətbiq edəcəklər və Çindən idxal məhsullarına qadağalar qoyulacaq. Artıq bu hal özünü göstərməyə başlayıb. Bir sıra dövlətlər Çinlə ticarət əməliyyatlarına qadağa qoyur. Hazırkı vəziyyət əmtəə və pul birjalarında, qiymətli kağızlar bazarında öz təsirini göstərməyə başlayıb. Bu da dünya iqtisadiyyatını təhdid edir. Bilirsiz ki, Çin bir çox məşhur brendlərlə - istər nanotexnologiyalar olsun, istər mebel, avtomobil istehsalı və sair. dünya bazarında liderdir. Amma koronavirus dəhşəti nəhəng şirkətlərin səhmlərinin ucuzlaşmasına gətirib çıxaracaq. Mümkün itkilərdən qaçmaq üçün səhmdarlar səhmlərini dərhal satışa çıxarır, bu da dünya birjalarında ucuzlaşmaya, səhm və qiymətli kağızların dəyərdən düşməsinə səbəb olur. Dünya bazarında qeyri-ərzaq mallarının 90 faizinin istehsalçısı Çindir. Bakıda adi mağazaya, alış-verış mərkəzinə gedin, görün nə qədər Çin istehsalı məhsul var. Çinin əmtəə bazarı çoxçeşidlidir. Çindəki virus bizi ərzaq məhsulları ilə təhdid edə bilməz. Amma qeyri-ərzaq mallarının qıtlığı ola bilər. Çünki onlar gündəlik tələbat mallarıdır və bu malların yerli istehsalı da yoxdur. Gündəlik tələbat mallarının idxalına qadağa qoyulacaqsa, əlbəttə, bazarda qıtlıq yaranacaq. Qıtlıq yaranacağı təqdirdə əlbəttə ki, bu, qiymət artımına da təsir göstərəcək. Çıxış yolu, təkcə, indiki zaman üçün demirəm, bütün zamanlar üçün, yerli istehsalı artırmaq və idxaldan asılılığı azaltmaqdır”. 

Bəs, vəziyyət nə qədər belə davam edə bilər? F.İbrahimov qeyd etdi ki, burada 3 mərhələ var:

“Belə təhlükəli vəziyyətlərdə iqtisadiyyat müəyyən qədər dözür, sonra durğunluq dövrü başlayır, daha sonra isə tənəzzül dövrü. Ən təhlükəlisi isə virusun qarşısının qadağalarla alına bilinməməsidir. Məhsula, mallara qadağa qoyarsan, amma virusun qarşısını almaq mümkün deyil. 

Paylaş

Bizi Facebookda izləyin
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu