KORONAVİRUSA görə 7 min nəfər gəmidə qalıb – AJİOTAJ + FOTO

Romada 7 min nəfər koronavirusa görə, kruiz gəmisində qalıb. 

“Sherg.az” “lepoint.fr/sante”ə istinadən xəbər verir ki, Avropada bir neçə dəfə dayanan gəminin göyərtəsində iki şəxsdə şübhəli hal müəyyən edilib. Onlar Honqkonqdan  gələn çinli cütlükdür.

Xəbərə görə, həmin 7 minin 6 mini sərnişindir. Gəmi Roma yaxınlığındakı Sivitaveşiya limanında dayanıb. Sivitaveşiyanın tibb mərkəzinin sözçüsü “Agence France-Presse”ə bunları bildirib:

“Səhər tezdən Səhiyyə Nazirliyi tərəfindən məlumat verildi və nümunə götürmək üçün gəmiyə üç həkim göndərdik". 

Məlumatda o da diqqətə çatdırılır ki, gəmidəki 7 min nəfərin 6 mini sərnişin, min nəfəri isə ekipajdır. Gəminin göyərtəsində çinli qadın öskürüb və qızdırması olduğunu bildirib. Həkimin verdiyi məlumata görə, həmin cütlük digər sərnişinlərdən təcrid olunmuş vəziyyətdə saxlanılır. 

Xəbərdə o da bildirilir ki, cütlük yanvarın 25-də Milana Honkonqdan gəlib. Milandan sonra İtaliya şəhəri olan Savona gəlib, oradan Barselonaya( İspaniya ), Barselonadan isə  Marselə (Fransa)  gedəcəkmiş. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu