Bakıda karantinə alınan çinli tələbə koronovirus yaya bilərmi? – HƏKİMDƏN AÇIQLAMA

“Koronavirus epidemik cəhətdən hava-damcı yolu ilə yayılan xəstəlikdir. Ona görə də virusa yoluxan şəxs nəzarətə götürülməlidir. Əgər vəziyyət vaxtında idarə olunarsa digərlərinin virusa yoluxma ehtimalı azdır”.

Bu sözləri həkim allerqoloq Şəhvələd Məmmədov Serq.az-a çinli tələbənin kororanivurusla bağlı Azərbaycanda karantinə alınması ilə bağlı danışarkən deyib.

Həkim qeyd edib ki, virusun gizli dövrü 2-14 gündür:

“Bu səbəbdən də karantinə alınan şəxsin son iki həftə ərzində kimlərlə daha çox təmasda olduğu müəyyənləşməli, həmin şəxslər nəzarətə götürülməli və müayinədən keçirilməlidir”.

Qeyd edək ki, 1 saylı Kliniki Tibbi Mərkəzdə müayinədən keçən çinli tələbə artıq evə buraxılıb.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu