ŞƏT müşahidə missiyası Azərbaycanda fəaliyyətə başladı

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin dəvəti ilə 3 fevral 2020-ci il tarixində Şanxay Əməkdaşlıq Təşkilatının müşahidə missiyası Azərbaycan Parlamentinə 9 fevral 2020-ci ildə keçiriləcək növbədənkənar seçkilərə hazırlığın gedişi və keçirilməsi ilə bağlı müşahidə işlərinə başlayıb.

Missiyaya ŞƏT Baş katibinin müavini Ş.Conon rəhbərlik edir.

Missiyanın tərkibinə ŞƏT-ə üzv dövlətlərinin qanunverici, icra və seçki orqanlarının nümayəndələri, həmçinin ŞƏT Katibliyinin vəzifəli şəxsləri daxil edilmişdir.

Missiya üzvləri Azərbaycanın paytaxtı Bakıda və Abşeron yarımadasının yaşayış məntəqələrində, Sumqayıt, Şirvan şəhərlərində, həmçinin onlara bitişik ərazilərdə müşahidə aparacaqlar.

Missiyanın işi seçki məntəqələrinin hazırlığının öyrənilməsi, səsvermə prosesinin, seçki kampaniyasının təşkilinin, səslərin sayılmasının müşahidəsi, habelə səs vermiş seçicilərin, namizədlərin nümayəndələrinin və digər müşahidəçilərin sorğularına yönələcəkdir.

ŞƏT missiyası “Prezident və/və ya parlament seçkilərində, həmçinin referendumlarda ŞƏT-in müşahidə missiyası haqqında” əsasnaməyə uyğun olaraq 3-10 fevral 2020-ci il tarixlərində Azərbaycanda fəaliyyət göstərəcək.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu