Novruzda əfv olacaqmı? – Hələ Komissiyanın iclası keçirilməyib - ÖZƏL

9 fevral növbədənkənar parlament seçkilərindən sonra Əfv Məsələləri Komissiyasının iclaslarının keçiriləcəyi gözlənilir. Bu haqda Komissiyadan daxil olan məlumatda bildirilib. Həmçinin buna qədər həm də Əfv Məsələləri Komissiyasının sədrilə bağlı Prezident tərəfindən sərəncamın veriləcəyi qeyd edilib. 

Bir qayda olaraq, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Əfv Məsələri Komissiyasının sədri təyin olunur. (modern.az)

Xatırladaq ki, Prezident İlham Əliyevin 1 noyabr 2019-cu il sərəncamı ilə Samir Nuriyev Prezident Administrasiyanın rəhbəri təyin edilib.



Əliməmməd Nuriyev: “Əfv sərəncamını imzalamaq Prezidentin konstitusion səlahiyyətlərinə daxildir”


Əfv komissiyasının üzvü, hüquq müdafiəçisi Əliməmməd Nuriyev isə Sherg.az-a deyib ki, bu haqda dəqiq məlumat yoxdur: 

“Seçkilərdən sonra iclasın keçirilib-keçirilməməsi ilə bağlı dəqiq məlumat yoxdur. Sadəcə Komissiyanın iclası hər il fevralda olduğu üçün kimsə belə bir mülahizəni irəli sürə bilər. Əfv məsələsinə gəldikdə isə, bu barədə Əv Komissiyasının heç bir üzvünün məlumatı yoxdur. Əfv sərəncamını imzalamaq Prezidentin konstitusion səlahiyyətlərinə daxildir”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu