Bəhruz Quliyev: “2004-cü ildən başlayan “Dövlət Proqram”ları özündə böyük dəyişiklikləri ehtiva elədi”

“Cənab Prezidentin “Regionların 2019-2023 illərdə sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nın birinci ilinin yekunlarına həsr olunan konfransda iştirakı və səsləndirdiyi fikirlər olduqca önəmlidir”. Bu sözləri Sherg.az-a açıqlamasında “SƏS” qəzetinin baş redaktoru Bəhruz Quliyev deyib.

Baş redaktor qeyd edib ki, Azərbaycanda “Dövlət Proqram”ları 2004-cü ildən həyata keçirilməyə başlayıb:

“Ölkə başçısı Prezident seçildikdən sonra ilk olaraq dövlətin inkişafı üçün yeni bir mərhələyə qədəm qoymaq məqsədi ilə Ulu Öndər Heydər Əliyevin yaratdığı bazanın üzərində ortaya yeni bir yanaşma qoydu. 2004-cü ildən etibarən hər 4 ildən bir ölkənin sosial-iqtisadi inkişafını təmin edən “Dövlət Proqram”ları həyata keçirilir. Bu proqramların özü fundamental inkişafı təmin elədi. Burada iqtisadi, siyasi və sosial layihələrin həyata keçirilməsi, eyni zamanda vətəndaşların rifahı, gələn gəlirlərin qeyri-neft sektoruna yönəlməsina proqram xarakterli yanaşıldı. Hesab edirəm ki, 2004-cü ildən başlayan “Dövlət Proqram”ları hər 4 ildən bir kifayət qədər böyük dəyişiklikləri özündə ehtiva elədi. Bütün bunlar göstərdi ki, çox böyük nailiyyətlər və uğurlar əldə olunub. Həm iqtisadi artımlar, həm sənaye istehsalının və qeyri-neft sektorunun inkişafı sayəsində böyük uğurlar qazanılıb. “Dövlət Proqram”larının həyata keçirilməsi nəticəsində ölkəmizdə makro-iqtisadi vəziyyət sabitdir, ötən il ərzində inflyasiya cəmi 2.5 faiz təşkil edir. Eyni zamanda əhalinin gəlirlərində olan artımlar iflasiyanı üstələyib. Beləliklə, faktiki olaraq əhalinin gəlirləri inflyasiyadan üstündür. Bu statistika deməyə əsas verir ki, ölkəmiz hərtərəfli inkişaf edir”.

B.Quliyev bildirib ki, ölkəmizdə işsizliyin sayını azaltmaq məqsədi ilə də böyük “Dövlət Proqram”ları həyata keçirilir:

“Məsələn, son illərdəki sosial paketlər sayəsində təqribən 4 milyondan artıq vətəndaş layihədən bəhrələnib. 4 milyon əhali o deməkdir ki,  artıq hər bir ailə bu sosial paketlərin müsbət təsirləri ilə üzləşib. Müxtəlif sferadan olanlar-şəhid ailələri, veteranlar və Qarabağ əlillərinin rifahı sosial paketlərə daxildir. Ümumilikdə bu layihələrin həyata keçirilməsi, ölkəmizin hərtərəfli inkişafını təmin edir. 

Xüsusilə qeyd edim ki, cənab Prezidentin konfransda maraqlı bir nüansa toxunması böyük marağa səbəb oldu. Ölkə başçısı qeyd etdi ki, dünyada yeni münaqişə ocaqları yaranır və biz gözləyirdik ki, bu problemlər tədricən azalsın. Amma belə bir dövrdə Azərbaycan sabitlik adasına çevrilib. Prezident qeyd etdi ki, sabitliyin kökündə xalq-iqtidar birliyi  dayanır. Bu, olduqca gözəl faktordur.  Azərbaycan hakimiyyətinin apardığı siyasət xalqı qane edir deyə, vətəndaşlar bu siyasəti dəstəkləyir. Ona görə də ölkəmizdəki sabitliyin qarantı məhz xalqımızdır. Cənab Prezident bildirdi ki, apardığımız siyasətin mərkəzində vətəndaş amili dayanır. Ümumiyyətlə, ölkə başçısının yürütdüyü siyasətdə milli maraqlar böyük üstünlük təşkil edir. Prezident həmişə vurğulayb ki, xarici siyasətimizin məhz milli maraqların diqtə elədiyi siyasətdir. Hesab edirəm ki, milli maraqlara söykənən siyasət daim qələbələrlə nəticələnəcək. Bu gün Azərbaycan yeni dünyanın maraqlarına cavab verir. Azərbaycanın müasir, güclü və demokratik dövlət kimi həm regionda, həm də dünyada özünəməxsus  yeri var. Düşünürəm ki, bu göstəricilərin hamısı Azərbaycanın gücünün nəticəsidir”.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu