Ərdoğandan Əsəd rejiminə ULTİMATUM:"Geri çəkilin!"

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bəşər Əsəd rejiminə ultimatum verib.
“Sherg.az”  “Lefigaro.fr”ə istinadən xəbər verir ki, ultimatumda B.Əsəd rejiminin Suriyanın şimal-qərbindən geri çəkilməsi tələb olunur. 
Məlumat üçün bildirək ki, fevralın 4-də 20-dən çox insanın ölümü ilə nəticələnən bombardmandan sonra Türkiyə ilə Suriya rejimi arasındakı vəziyyət kəskinləşib. Toqquşmalara Rusiya aviasiyasının dəstəklədiyi Suriya rejiminin dekabr ayından etibarən İdlibdə iki müşahidə postunu ələ keçirməyə çalışması səbəb olub. Məlumat üçün bildirək kli, bu postlar 2018-ci ildə Ankara ilə Moskva arasında bağlanmış müqavilə çərçivəsində inşa edilib. 
Xatırladaq ki, fevralın 3-də baş verən hücum nəticəsində 8 türk əsgəri şəhid oldu. Türkiyə isə cavab olaraq 13 Suriya əsgərini qətlə yetirib.
Qeyd edək ki, Suriyada 2011-ci ildən başlayan döyüşlər nəticəsində 380 min insan  məhv olub. 20 milyon nəfər isə öz yurd-yuvasından didərgin düşüb. 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu