Azərbaycanda da nazirlərin maaşı azaldıla bilərmi? – “Bu təkcə iqtisadi məsələ deyil”

Ukraynanın baş naziri Aleksey Qonçaruk bəyan edib ki, nazirlərin və onların müavinlərinin maaşları ölkədəki orta aylıq əməkhaqqına bərabər tutulacaq. 

"Biz razılaşdıq ki, nazirin, nazirin müavininin, digər yüksəkvəzifəli məmurların maaşı ölkədəki orta əməkhaqları ilə eyni olsun. Nazirlərlə müavinlərinin maaşları orta əməkhaqqının 3-5 misli həddindədir. 200-400 faizlik mükafatları da dayandırmaq lazımdır, maksimal mükafat bir əməkhaqqı məbləğindən artıq olmamalıdır", - deyə o, bildirib. Ukraynadakı bu tətbiq Azərbaycanda da mümkündürmü? 

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, bu məsələ təkcə iqtisadi amillərlə bağlı deyil: 

“Ukrayna baş nazirinin səsləndirdiyi model əslində bütün müasir cəmiyyətlərdə olmalıdır. Amma bu iqtisadi məsələ deyil. Həmçinin sosiologiya, ictimai fikir də maaşların  tənzimlənməsində  mühüm  rol oynayır. Ümumiyyətlə istənilən cəmiyyətdə fərdin gəliri onun xərclərini ödəməlidir. Başqa sözlə desək, gəlir xərci üstələməlidir. Əks  təqdirdə isə həmin cəmiyyətin inkişafı sual altındadır. Əgər nazirlərlə digər peşə sahiblərinin maaşları arasında əlli faiz fərq olsa bu, sosial rifah naminə çox böyük addım olar”. 



İqtisadçı: “Əgər nazirlərlə digər peşə sahiblərinin maaşları arasında əlli faiz fərq olsa bu, sosial rifah naminə çox böyük addım olar”


Ekspertin fikrincə, ölkəmizdə bu modelin tətbiq olunması üçün şərait var. Sadəcə düzgün işləmək və gətirilən bəhanələrdən əl çəkmək lazımdır:

“Azərbaycan qüdrətli ölkədir. Məmurlarla digərlər peşə sahibləri arasında, məsələn müəllim, həkim və.s –nin əməkhaqqları arasındakı fərqi azaltmaq  üçün  imkanlarımız var. Bunun üçün xərclər hesablanmalı və ona  adekvat maaş təyin olunmalıdır. Bunun mümkün olmadığını əsaslandırmaq üçün müxtəlif  bəhanələr göstərilə bilər. Lakin hamı, xüsusilə də iqtisadçılar yaxşı bilirlər ki, nə qədər çətinlik varsa, o qədər də çıxış yolu var. Əslində bu məsələ həmişə dövlətin nəzarətində olub. Məncə, məsələni bir az da tezləşdirmək lazımdır”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu