Nazirlik Kliniki Tibbi Mərkəzə yerləşdirilənlərlə bağlı açıqlama yaydı

Kliniki Tibbi Mərkəzdə (KTM) koronavirusla bağlı altı nəfərin müayinələri davam edir.

Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin birgə məlumatında qeyd olunub.

Məlumatda bildirilir ki, fevral ayının 6-sı üçün KTM-in yoluxucu xəstəliklər şöbəsində altı nəfər qalıb. Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb. Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə əlaqələri olmayıb. Bu şəxslər Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.

Xəstəlik alovlanan ərazidən gələnlər xüsusi ayrılmış tibb müəssisəsində saxlanılırlar. Həmin tibb müəssisəsindən verilən məlumata görə, onların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.

Paylaş

Bizi Facebookda izləyin
Yeganə Bayramova Yazarın yazıları
menu
menu