Tanınmış memardan sensasion iddia: Mingəçevir su hövzəsinin altında qədim, böyük və varlı bir şəhər olub



“SSRİ dönəmində o ərazini su ilə dolduraraq həmin şəhəri də,  oradakı abidələri də məhv ediblər”

 

 Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Mingəçevir su anbarındakı seysmikliyin təhlükəli həddə çatdığını deyib. "2020-ci il Elazığ və Malatya zəlzələləri: tektonik və geodinamik analiz" mövzusunda keçirilən tədbirdə çıxış edən Mərkəz direktoru  bu ilin yanvar ayı ərzində Azərbaycanda və onun ətraf bölgələrində 550-560 zəlzələ baş verdiyini deyib. Onun sözlərinə görə, ölkə ərazisində hər gün təkanlar qeydə alınır: 

"Yanvar ayında Azərbaycanda maqnitudası 3-dən yuxarı olan 4 təkan baş verib. Bu zəlzələlər Xəzər dənizində və Mingəçevirdə olub. Dərində olduğuna görə bu zəlzələlər hiss edilməyib. Şansımız gətirib ki, Mingəçevirdə də zəlzələ dərində olub, bir az dayazda olsaydı, orada böyük fəsadlar törədərdi. Çünki Mingəçevir indiyədək seysmoloji baxımdan tam öyrənilməyib. Buvaxtadək bu məsələ qaldırılsa da, heç bir tədqiqat aparılmayıb. Mingəçevir indi Azərbaycan üçün ən təhlükəli zonadır, çünki Mingəçevir su hövzəsinin altından birbaşa qırılmalar keçir. Həmin zəlzələ də su hövzəsinin içində olub".



Memar Zemfira Budaqovanın  "Şərq"ə açıqlamasına görə,  Mingəçevir su hövzəsinin altında  qədimdə şəhər olub: 

"Bu, böyük və varlı bir şəhər olub. SSRİ dönəmində  həmin ərazisini su ilə dolduraraq həmin şəhəri də,  oradakı abidələri də məhv ediblər. Heç yerdə yazılmasın, danışılmasın deyə, tarixin izini itirdilər.  Tək Mingəçevir də deyil. Qazaxdakı Damcılı mağarasının altı da qədimdə yeraltı  şəhər olub. Bütün yolları, abidələri betonun altında məhv ediblər. Həmçinin də Bakının bir sıra ərazilərində o cür yeraltı yollarımız, yaşayış məntəqələrimiz olub. Hamısını qazıb, üstündə çoxmərtəbəli evlər tikiblər.  Salatın Əsgərova küçəsində, 1 saylı Kliniki Tibbi Mərkəzin (Semaşko) yaxınlığında tarixi abidələr vardı. Zəlzələ həmin abidələrin üstünü torpaqla örtüb, görünməz edib.  Həmin abidələrin yeri məlum olsa da, qazıb restoranlar, binalar tikdilər".

Memarın sözlərinə görə, nə qədər bacarsalar da, Mingəçevirin altındakı şəhərin izini itirə bilməyəcəklər: 

"Bir gün  su hövzəsi dağılacaq və həmin abidələr üzə çıxacaq. Orda elə gözəl dəmirağacları vardı ki, hamısının üstünü basdırıblar.   Düzdür, su hövzəsi dağılacağı təqdirdə ətraf rayonlara, evlərə ziyan dəyəcək, amma bizi o qədər də böyük  fəlakət gözləmir. "Su axar, çuxurunu tapar”.

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu