AXC-nin elan olunduğu binanın bərpasına bu qədər pul xərclənəcək

Tbilisi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunduğu bina, hazırkı Gənclər Sarayının bərpası layihəsinin dəyəri təxminən 25 milyon lari (8,8 milyon dollar) təşkil edir.

Report xəbər verir ki, bunu Tbilisi merinin müavini İrakli Bendeliani şəhərdə 2020-2021-ci illərdə həyata keçiriləcək layihələrin təqdimatında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində binada möhkəmləndirmə və təmir-bərpa işləri aparılacaq.

Mer müavini tarixi binada təmir-bərpa işlərinin 2021-ci ildə yekunlaşdırılacağını deyib.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu