Dünya rekordunu qıran QADIN: “328 gün kosmosda qalıb…


Astronaft Kristina Koç 328 gün kosmosda qalıb. 
“Sherg.az” “sciencesetavenir.fr”ə istinadən xəbər verir ki, bu, bir qadın üçün dünya rekordudur. Məlumata görə, K.Koç 11 ayı fəzada keçirdikdən sonra yerə qayıdıb. 
Kristina Koç 6 fevral 2020-ci ildə Avropa Kosmik Agentliyinin astronavtı Luka Parmitano və rusiyalı kosmonavt Aleksandr Skvortsov ilə birlikdə yerə qayıdıb. Hər üçünün vəziyyəti yaxşıdır.
Məlumat üçün bildirək ki, K.Koçun 41 yaşı var. Şimali Karolinadandır. 2013-cü ildən bəri NASA astronavt korpusunun tərkibindədir.  2015-ci ildə son çalışmalarını bitirdikdən sonra 2018-ci ildə ilk missiyasını yerinə yetirməyə başlayıb. 2019-cu ilin mart ayında kosmosa uçdu. 11 ay orada qaldıqdan sonra yerə qayıdıb. Bu isə dünya rekordudur.  11 ay rəzində K.Koç 5 min 248 yer orbitində altı kosmik yolun açılışında iştirak edib. Məhz ona görə də NASA 2020-ci ildə kosmosa daha çox qadın göndərməyi planlaşdırır. Bu dəfə 7 kişi 6 qadın göndəriləcək. 




Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu