Rusiya vətəndaşlıq alma prosedurunu asanlaşdırır: Məqsəd odur ki... - ŞƏRH

Rusiya vətəndaşlığını almaq proseduru sadələşdiriləcək. “Kommersant”ın məlumatına görə, hökumət tərəfindən “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanuna müvafiq dəyişikliklər hazırlanır. 

Qeyd edək ki, 2019-cu ilin mart ayında RF Prezidenti Vladimir Putinin sərəncamı ilə Dövlət Miqrasiya İdarəetmə Siyasəti Konsepsiyasını həyata keçirmək üçün qrup yaradılıb. Qrupun əsas məqsədi Rusiyaya mümkün qədər çox vətəndaş cəlb etməkdir. 

Dövlət Miqrasiya Xidməti yanında İctimai şuranın sədri Azər Allahverənov Sherg.az-a açıqlamasında bildirib ki, bu, Rusiyanın demoqrafik vəziyyəti sabit saxlama istəyi ilə bağlıdır:

“Rusiyada əhalinin sayı getdikcə azalır. Bu, müxtəlif amillərlə bağlıdır. Əsas səbəblərdən biri Rusiya vətəndaşlarının bir çoxunun Avropa ölkələrinə üz tutması və azuşaqlı ailələrin üstünlük təşkil etməsidir. Odur ki, şimal qonşumuz məqsədyönlü şəkildə vətəndaşlıq almaq məsələsini asanlaşdırıb ki, demoqrafik vəziyyət stabil qalsın”. 

Rusiyada xeyli sayda azərbaycanlı yaşayır. Həmvətənlərimizin bir çoxu biznes əlaqələri yaratmaq üçün bu ölkəyə üz tutur. Mövcud qanun dəyişikliyi vətəndaşlarımız üçün əlavə imkanlar yaradacaq?



Azər Allahverənov: “Düzdür, azərbaycanlılar bu imkandan da istifadə etmək istəyərlər. Amma nəzərə almaq lazımdır ki, yerli dili bilməyənlər üçün Rusiyaya getmək mənasızdır”


Ekspert isə düşünür ki, bu, nəzərəçarpacaq dərəcədə kütləviliklə nəticələnməyəcək:

“Rusiyada təxminən 600 min azərbaycanlı yaşayır. Onların bir çoxu ticarətlə məşğuldur. Düzdür, azərbaycanlılar bu imkandan da istifadə etmək istəyərlər. Amma nəzərə almaq lazımdır ki, yerli dili bilməyənlər üçün Rusiyaya getmək mənasızdır. Başqa bir tərəfdən isə dediyim kimi, çox insan Rusiyaya ticarət qurmaq üçün gedir. Yəni heç kim elə-belə gedib Rusiya vətəndaşlığını almaz. Bu, o deməkdir ki, Rusiyaya getmək istəyənlərin müəyyən planları, proqramları olmalıdır”. 

Qeyd edək ki, hökumətin Mətbuat Xidməti qarşıdakı dəyişikliklər barədə məlumatı təsdiqləyib. Söhbət “Rusiya Federasiyasının vətəndaşlığı haqqında” qanunun 13-cü maddəsinin birinci hissəsinin "q" bəndinin qüvvədən düşməsinin tanınmasından gedir. Bu maddəyə görə, Rusiya vətəndaşlığını alan əcnəbilər vətəndaşlıqdan imtina etməlidirlər. A.Allahverənov isə deyir ki, bu maddə ancaq Rusiyaya daimi gedənlərə aiddir:

“Əlbəttə, müvəqqəti olaraq, yəni turist kimi getmək də mümkündür. Bunun üçün Azərbaycan vətəndaşlığından çıxıb Rusiya vətəndaşlığını qəbul etməyə ehtiyac yoxdur”.

Paylaş

Bizi Facebookda izləyin
Kənan Novruzov Yazarın yazıları
menu
menu