Namizəd: “İnsanlar səsverməyə gəlirlər”

Ceyhun Musaoğlu: "Çox yüksək səviyyədə ab-hava yaradılıb


“Vəziyyət yaxşıdı, normaldı. Müşahidəçilərimin verdiyi məlumata görə, demokratik və şəffaf bir mühit formalaşıb”. 
Bu sözləri "Sherg.az"a 45 saylı Abşeron seçki dairəsinin namizədi, tanınmış jurnalist  Ceyhun Musaoğlu deyib. 
O, bildirib ki, insanlar səsverməyə gəlirlər:

“Hələ ki neqativ halla qaqşılaşmamışıq. Hər şey qaydasındadır. Özüm də Xırdalanda 20 nömrəli məntəqədə səs verdim. Çox yüksək səviyyədə ab-hava yaradılıb. Namizəd olduğumu bildilər və hörmətlə qarşıladılar. Ailə üzvlərim, yaxınlarım da  Masazırda və Mehdiabadda səs veriblər. Hələ ki, hər şey qaydasındadır”.

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu