Namizəddən etiraz: “Vəfat edən şəxslərin adı seçki siyahısına salınıb”

"Səhər saat 8-dən  61 saylı seçki dairəsinə daxil olan bütün məntəqələrdə seçkilər başlayıb. Təbii olaraq, hava şəraiti seçicilərin sayına təsir edir. Bir neçə məntəqədə  elektrik kəsilib".

Bu sözləri "Sherg.az"a açıqlamasında 61 saylı Neftçala Seçki Dairəsindən namizədliyini  irəli sürən  təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə,  Şirvanlı, Mayaq kimi ərazilərdə seçki aktivliyi aşağıdır.  Əsas qayda pozuntusu isə bir neçə seçicinin özü ilə bərabər ailə üzvlərinin şəxsiyyət vəsiqəsini  də gətirməsidir: 

“Bu kimi halların da qarşısı müşahidəçilərimiz tərəfindən alınıb. Ən ciddi qayda pozuntuları Bankə qəsəbəsində  qeydə alınıb. Məntəqə sədrləri əlavə seçici siyahısını pərdələrin arxasında saxlayır. Həmçinin vəfat edən şəxslərin adı seçki siyahısına  salınıb. Digər qayda pozuntusu isə  oxuma-yazma  bilməyən seçicilərin komissiya üzvləri tərəfindən konkret şəxslərə  səs verməyə çağırışıdır. Yəni fərqləndirci işarəni konkret olaraq hara qoyulacağını göstərirlər. Bu pozuntular  Neftçalada 2 saylı məntəqədə aşkarlanıb. Halbuki komissiya üzvlərinin  bu və ya digər namizədlərin xeyrinə və ya əleyhinə təbliğat-təşviqat aparması yolverilməzdir. Əlimizdə video  faktlar  var. Hər biri ilə bağlı protokol tətbiq edilib".

K.Əsədov deyib ki, Bankə qəsəbəsindəki hər 3 məntəqədə isitmə sisteminin  olmaması  müşahidəçilərin fəaliyyətinə  mənfi təsir edir. 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu