Jalə Mütəllimova: “Məntəqədə izləmə kamerasını indidən söndürüblər”

"Hələ ki seçki prosesi normaldır. Xırda qanun pozuntuları ilə üzləşsək də ,  müşahidəçilərimiz öhdəsindən gəlir". 

Bu sözləri 92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, jurnalist Jalə Mütəllimova deyib.  

Onun sözlərinə görə, seçki prosesi ölkəmiz üçün əhəmiyyətli bir proses olduğundan maneçilik  törədən  qüvvələr var: 

"Biz də maksimum dərəcədə onların qarşısını almağa və seçki prosesinin şəffaf  keçirilməsinə nail olmağa  çalışırıq.  92 saylı Zərdab-Ucar dairəsi üzrə dörd saylı məntəqədə izləmə kamerasını indidən söndürüblər. Amma vaxtında etiraz edirik və dərhal aradan qaldırırlar".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu