Müxalifət partiyasının funksioneri seçkinin gedişindən razıdır - RƏY

"Partiya namizədlərinin olub- olmamasına baxmayaraq bütün məntəqələrdə müşahidəçilərimiz  var. İndiyə qədər heç bir qanun pozuntusu  qeydə alınmayıb".

Bu sözləri  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib. 

Onun sözlərinə görə, seçicilər azad şəkildə məntəqələrə gəlib öz mövqelərini ifadə edib, seçdikləri namizədə səs verirlər: 



"Bir çox məntəqələrdə  "exit-poll" keçirilir. Hava şəraiti müəyyən qədər seçici fəallığına təsir etsə də, aktivlik  qənaətbəxşdir”. 

Ötən illərdəki seçkilərlə müqayisədə builki  seçkilərdə daha  çox canlanmanın hiss olunduğunu vurğulayan  E.Mirzəbəyli  deyib ki, bu təbliğat- təşviqat kampaniyasında da özünü göstərirdi". 

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu