Namizəd:“Ciddi qanun pozuntusuna rast gəlinməyib”


“Deputatlığa namizəd kimi, verilən imkanlardan istifadə edərək 48 saylı Yevlax seçki dairəsindəki məntəqələrdə qısamüddətli müşahidələr aparırıq.10 –dan artıq məntəqəni gəzmişik”. 
Bu barədə “Sherg.az”a 48 saylı Yevlax seçki dairəsinin namizədi, jurnalist Süleyman İsmayılbəyli bildirib. Onun sözlərinə görə, hazırda da seçki prosesini izləyirlər:



”Seçici aktivliyini öyrənirik. İstər məntəqə seçki komissiyasının sədrlərini, istərsə də müşahidəçilərin fikirlərindən gəldiyimiz qənaət odur ki, məntəqələrdə ciddi qanun pozuntusuna rast gəlinməyib. Seçici aktivliyi isə məntəqələr üzrə fərqlidir. 34-40 faizə yaxın olan da var, 50, 60 faiz olanı da.
Hər halda günü sonuna doğru bir qədər fərqli situasının şahidi ola bilərik”.
 

Paylaş

Bizi Facebookda izləyin
Ayyət Əhməd Yazarın yazıları
menu
menu