Əli Məsimli seçkilərin gedişindən razıdır

"Seçici fəallığı qənaətbəxşdir. Səhər saatları ilə müqayisədə seçki fəallığı artan xətt üzrə gedir". Bu sözləri Serq.az-a deputatlığa namizədliyini 14 saylı Şəki kənd birinci seçki dairəsindən irəli sürmüş Əli Məsimli deyib.

Ə. Məsimli 14 saylı Şəki kənd birinci seçki dairəsində heç bir qanun pozuntusunun qeydə alınmadığını bildirib: 

"Mən şaxəli iş aparıram. Müəyyən dairələrdə qeydə alınan xoşagəlməz faktların heç biri bizim dairədə yaşanmayıb. Məntəqələr kameralarla daim izlənilir. Təbliğat - təşviqat kampaniyası zamanı bizim fəaliyyətimizin ana xəttini islahatlara dəstək çağırışları  təşkil edirdi. Ümid edirəm ki, Şəki sakinləri  hamılıqla bu seçki prosesində uğurla  iştirak edib  islahatlara dəstək göstərəcəklər".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu