"Ekzit-poll"un nəticəsi - Milli Məclisdə bu partiyalar yer qazandı - ADLAR

ABŞ-ın “AJF & Associates Inc.” şirkəti Milli Məclisə keçirilən seçkilərlə bağlı "Ekzit-poll"un nəticələrini açıqlayıb.

Mərkəzin Vitse-prezidenti Corc Börnbaun 1053 seçki məntəqəsi üzrə "ekzit-poll" sorğusu keçirildiyini bildirib.

Sorğuda 2106 seçki hüququ olan şəxsin iştirak etdiyini bildirən vitse-prezident nəticələrin 47 sahə üzrə nəzarətçiyə təqdim olunduğunu vurğulayıb.

"Ekzit-poll"un nəticələrinə əsasən, YAP 69, bitərəf namizədlər 41, VHP 3, DİP 1, BQP 1, BAXCP 1, VP 1 yer qazanıb.