"Amazon"un baş ofisi təcili təxliyyə edildi

“Amazon” şirkətinin İspaniyanın Madrid şəhərində yerləşən baş ofisi təxliyyə edilib.

Bu barədə “Reuters” agentliyi informasiya yayıb.

Məlumata görə, təxliyyəyə binanın minalanması ilə bağlı hüquq-mühafizə orqanlarına daxil olmuş zəng səbəb olub.

Hazırda binada bomba zərərsizləşdirilməsi üzrə mütəxəssislərin iştirakı ilə axtarış aparılır.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu