Çingiz Qənizadə danışdı: "Qərara hörmətlə yanaşıram"

"Mərkəzi Seçki Kamissiyasının 80 saylı İmişli-Beyləqan dairəsi ilə əlaqədər nəticəsi mənə məlum oldu. Qeyd edilən 29 məntəqə ilə bağlı məsələdən məlumatlı deyiləm".

Sherg.az-ın xəbərinə görə, bu, hüquq müdafiəçisi Çingiz qənizadə deputat seçildiyi dairənin nəticələrinin ləğvi ilə bağlı danışarkən deyib.

Ç.Qənizadə deyib ki, onda olan məlumata görə, ciddi qanun pozuntusu olmayıb:

"Həmçinin 80 saylı İmişli-Beyləyqan seçki dairəsinin özünə heç bir müraciət daxil olmayıb. Lakin bu gün Mərkəzi Seçki Kamissiyasının qəbul etdiyi qərara hörmətlə yanaşıram".

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyasında 80 saylı İmişli-Beyləqan Seçki Dairəsi üzrə şikayətlərə baxılıb. Şikayət əsaslı sayılaraq həmin dairənin seçki nəticələri ləğv olunub. 

Xatırladaq ki, MSK-nın ilkin nəticələrinə görə dairənin lider namizədi Qənizadə idi. 

Paylaş

Bizi Facebookda izləyin
menu
menu