Cəlilabad rayon sakinindən ov tüfəngi götürüldü

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi məqsədilə növbəti əməliyyat tədbiri keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, polis əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Çinar kənd sakini N.Fərəcovdan müvafiq sənədləri olmayan nömrəsi silinmiş “İJ-17” markalı ov tüfəngi aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu