31 il ev həbsində saxlanılan və təcavüzə məruz qalan qadın xilas oldu - FOTO

Venesuelanın Marakay şəhərində Matias Salazar adlı kişinin 49 yaşlı Morellanı 31 il ərzində bir evdə dustaq saxladığı məlum olub. Bu barədə “HaberGlobal” xəbər yayıb.

Maraqlıdır ki, kişi Morellanı əsir saxladığı yerin qonşuluğunda sevgilisi və qızı ilə yaşayıb.
On illərlə qaranlıq otaqda yaşayan qadının pəncərədən baxmaq imkanı belə olmayıb. O, ancaq radioya qulaq asıb, televizora baxa bilirmiş. 

Morella, Salazarın evdə yadından çıxardığı açarlardan istifadə etməklə əsarətdən xilas olub. O, qadın dərnəyinə sığınıb, sonra isə polislə birlikdə saxlanıldığı evə gedib.

Qonşular məsələni öyrənəndə heyrətə düşüblər. Onlar bildiriblər ki, Salazar hər zaman onlara xoş münasibət göstərib.

Müstəntiqlərin sözlərinə görə, qadın 31 il əvvəl Salazarın vədlərinə aldanaraq evdən qaçıb. 

56 yaşlı Matias Salazar hazırda həbs olunub. O, qadını zorla saxlamaqda, psixoloji və cinsi təcavüzdə ittiham olunur.




Paylaş

Bizi Facebookda izləyin
menu
menu