Qorxmayın! - Koronavirus qeyri-adi xəstəlik deyil, qripin bir növüdür

Çinin Hubey əyalətində koronavirusa yoluxanların sayı 48 mini keçib. 3441 nəfər sağalaraq xəstəxananı tərk edib, 1310 insan isə bu virusdan dünyasını dəyişib. Qeyd edək ki, Azərbaycanda Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə daha 1 nəfər yerləşdirilib. Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məlumatına görə, xəstəxanaya yerləşdirilən 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekində təhsil alan tələbədir. 

Pekindən Abu-Dabi şəhərinə, fevral ayının 12-si isə oradan Bakıya gəlib. Heydər Əliyev adına hava limanına daxil olduqda hərarəti normadan bir qədər yüksək olub. Yoluxucu xəstəliklər şöbəsindən verilən məlumata görə, hazırda hərarəti normaya uyğundur, səhhətində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir.

Xəstəlik alovlanan ərazidən gələnlər isə, məlumat verdiyimiz kimi, xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır. Onların bir hissəsi karantin müddətin bitdiyindən evlərinə buraxılıblar. Xüsusi ayrılmış tibb müəssisəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hazırda xəstəxanada qalanların sahhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onların da evlərinə buraxılacaqları gözlənilir.



Həkim: “Təsəvvür edin ki, bizim avtomobil qəzasına düşüb ölmək   ehtimalımız koronavirusa yoluxub ölməyimizdən  daha yüksəkdir”


Aylardır, dünyanı ayaqda saxlayan Koronavirusla bağlı "Şərq"ə danışan terapevt Aqil Axundovun sözlərinə görə, virus da insanlar, məməlilər, suda- quruda yaşayan heyvanlar kimi  Allahın yaratdığı həyat formalarından biridir: 

"Bunu deməkdə məqsədim əhalini koronavirus  təşvişindən  uzaq tutmaqdır . Səbəbsiz yerə  yaşadığımız qorxu, və stress sonradan hansısa ağır bir xəstəliyə gətirib çıxara bilər.  Koronavirus da bir çox yoluxucular kimi insandan- insana ötürülmə xüsusiyyətinə malikdir. İnfeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Qeyri-adi bir virus deyil".

Terapevt deyib ki, koronavirusun simptomları eynən  qrip virusunda olduğu kimidir. Bu virusa yoluxan insanlarda yüksək hərarət, burunda axıntı, halsızlıq əlamətləri özünü göstərir: 

"Sosial şəbəkələrdə, mediada yayılan  həyəcanlı xəbərlər insanlarda qorxu yaratmaqdan başqa  bir işə yaramır. Mövsümü xəstəliklər zamanı da ölüm faktları qeydə alınır. Təsəvvür edin ki, bizim avtomobil qəzasına düşüb ölmək   ehtimalımız koronavirusa yoluxub ölməyimizdən  daha yüksəkdir.  Təşvişi bir kənara qoyun. Koronavirus və digər qrip viruslarına yoluxmamaq üçün maksimal şəkildə  xəstə insanlarla kontakda olmayın. Xəstələndiyiniz halda evdən çölə çıxmayın. Bol maye qəbul edib, qida rejiminizə xüsusi diqqət edin. Maskalardan istifadə edin, vaksinasiya olunun".

Paylaş

Bizi Facebookda izləyin
Şəymən Bayramova Yazarın yazıları
menu
menu