Bakı metrosunda həyəcan: Qadın qatar relsinə düşdü

Bakı metrosunda hadisə baş verib.

Axar.az xəbər verir ki, bu barədə Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə metronun "Memar Əcəmi" stansiyasında baş verib:

"Stansiyada qadın qəfil qatar relsinə düşüb. Dərhal qatarların hərəkəti dayandırılıb. Qadın qatar yolundan çıxarılaraq polisə təhvil verilib. Nəticədə qatarların hərəkətində gecikmə olub. Hazırda interval bərpa olunub".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu