Qubada dəhşət: 19 yaşlı oğul atasını vəhşicəsinə öldürdü - TƏFƏRRÜAT

Qubada 19 yaşlı oğulun atasını bıçaqla qətlə yetirməsinin təfərrüatı məlum olub.

Birinci Nügədi kənd bələdiyyəsindən Oxu.Az-a verilən məlumata görə, kənd camaatı hadisədən səhər saat 5 radələrində xəbər tutub.

“19 yaşlı Şükürov Mətləb Bəşarət oğlu öz atası - 60 yaşlı Şükürov Bəşarət Ramazan oğlunu bıçaqlayaraq qətlə yetirib. Hadisəni hansı səbəbdən törətdiyini bilmirik.

"Ailədə heç bir münaqişə olmayıb. Atası Rusiya vətəndaşı idi və kəndə dünən gəlmişdi. Səhər saat 5 radələrində məsələdən xəbər tutduq. Hazırda araşdırma aparılır”, - bələdiyyə sədri Babək Orucov saytımıza açıqlamasında vurğulayıb.

Faktla bağlı Quba Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.

Qeyd edək ki, bu barədə ilk məlumatı APA yayıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu