Rusiyalı idmançıların Olimpiya medalları əlindən alındı

İki rusiyalı biatlonçu - Yevgeni Ustyuqov və Svetlana Sleptsova anti-dopinq qaydalarının pozulmasına görə yarışlardan diskvalifikasiya olunublar.

TASS agentliyi xəbər verir ki, bu haqda Rusiya Biatlonçular İttifaqının rəhbəri Vladimir Draçev məlumat verib.

V.Draçev bildirib ki, idmançıların 21 gün ərzində qərardan şikayət etmək hüququ var və hər iki biatlonçu bu hüquqdan istifadə edəcək.

Yevgeni Ustyuqov 2014-cü il Soçi, Svetlana Sleptsova isə 2010-cu il Vankuver Qış Olimpiya Oyunlarında qazandığı qızıl medallardan məhrum edilib. 

İdmançılar iki il müddətinə yarışlardan kənarlaşdırılıb.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu