Eldar Qasımov söz atdı: “O qədər əməliyyat etdirib ki, şirə oxşayır”

“O qədər plastik əməliyyat etdirib ki, şirə oxşayır”

“Biz efirdən insanlara gözəl görünüş ötürməliyik. Ona görə də özünü dəyişdirməlisən. Bunu çərçivədə etməlisən”.

Axşam.az xəbər verir ki, bunu müğənni Eldar Qasımov “Telesəhər” verilişində deyib.

İfaçı plastik əməliyyat etdirənlərdən danışıb. Eldar bildirib ki, çox plastik əməliyyat etdirməyin tərəfdarı deyil:

“Bəzi adamlar var ki, bir dəfə estetik əməliyyat edir və dayana bilmir. Başlayır çox plastik əməliyyat etdirməyə, xəstəliyə çevrilir. Bir qadın var, çox plastik əməliyyat etdirib. Sifəti şir üzünə dönüb. İnternetdə bunu tapmaq asandır.

Əməliyyatı lazımi anda etdirmək lazımdır. Xəstəliklə bağlı problem varsa, əməliyyat etdirin”.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu