Xırdalanda 61 yaşlı qadın yoxa çıxdı - FOTO

Abşeron rayonunda 61 yaşlı qadın itkin düşüb.

Report xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Mahmudova Nüşabə Hüseyn qızı fevralın 13-də səhər saat 9 radələrində “Quşçuluq” massivində yaşadığı evindən çıxıb və bir daha geri qayıtmayıb.

N.Mahmudovanın yaxınları bildirib ki, evdən çıxarkən onun əynində qəhvəyi gödəkcə, başında şərf olub.

“Onun heç bir xəstəliyi yoxdur, tamamilə sağlamdır”, - deyə yaxınları bildiriblər.






Paylaş

Bizi Facebookda izləyin
menu
menu