Paşinyan cənab Prezidentin qarşısına çıxmaqla biabırçı duruma düşdü - Elman Məmmədov


Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistan baş naziri Nikol Paşinyanla görüşündə onu çətin duruma saldı.

Bunu Trend-ə açıqlamasında Xocalıdan olan millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, görüşdə Paşinyan həyasızcasına əsası olmayan yalanları ilə vəziyyətdən çıxmaq istəsə də, cənab Prezident onu asanlıqla yerinə oturtdu:

"Bu cənab Prezidentin Paşinyana verdiyi ilk tutarlı cavab deyildi. Birinci dəfə deyil ki, Paşinyan Prezident İlham Əliyevdən özünün də gözləmədiyi halda sərt cavablar alır. Bu fakt dəfələlə təkrarlanıb. Amma bu hallar ona heç vaxt dərs olmayıb. Paşinyan cənab Prezidentin qarşısına çıxmaqla biabırçı duruma düşdü. Artıq neçənci dəfədir ki, cənab Prezident onun kim olduğunu beynəlxalq aləmə bəyan edir. Dövlət başçısının da qeyd etdiyi kimi, Ermənistan rəhbərləri hər zaman danışıqların ən həlledici məqamında söhbəti davam etdirməmək üçün müəyyən bəhanə tapıblar. Hesab edirəm ki, cənab Prezident tərəfindən tək Paşinyan yox, bütövlükdə erməni siyasəti və siyasətçiləri layiqli cavabını aldı. Bu cavab, eyni zamanda müxtəlif səviyyələrdə Avropa qurumlarında erməniləri və Ermənistanı müdafiə edən qüvvələrə bir ismarış idi".

E.Məmmədov bildirib ki, Paşinyanın debatda Xocalı faciəsinin guya azərbaycanlılar tərəfindən törədilməsi ilə bağlı səsləndirdiyi iftiraya da cənab Prezident İlham Əliyev tutarlı cavab verdi:

"Dövlət başçısı konkret faktlarla Paşinyanın iftira ilə məşğul olduğunu beynəlxalq aləmə bəyan etdi. Bu, Paşinyan üçün daha ağır zərbə oldu. Bu prosesdə təkcə Paşinyan və Ermənistan dövləti deyil, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində vasitəçi olan ATƏT-in Misk Qrupunun həmsədrləri və digər bəzi beynəlxalq təşkilatlar da məsuliyyət daşıyır. Paşinyan kimilərin bu cür iftira danışmasına həmin beynəlxalq qurumlar şərait yaratmamalıdır. ATƏT-in Minsk qrupu həmsədrləri, nəhayət, Ermənistan tərəfinə çox aydın şəkildə izah etməlidirlər ki, Dağlıq Qarabağ Ermənistan deyil, Dağlıq Qarabağ müstəqil ölkə deyil!".

Paylaş

Bizi Facebookda izləyin
menu
menu