Canan Karatay yenə sükutu pozdu: Koronavirusdan qorunmağın bir yolu var


Türkiyəli prof. Dr. Canan Karatay deyib ki, koronavirus epidemiyasına qarşı peyvənd etmək mümkün deyil. O, bildirir ki,  sağlam hüceyrə qala qapısı kimidir, möhkəm olar və xəstələnmərik.

"Onun üçün təbii qidalanmalıyıq. Virus və qriplərin hər il yenisi çıxar, bunun peyvəndi olmaz. Bunun tək peyvəndi, çıxış yolu öz hüceyrələrimizi güclü və sağlam etməkdir".

Nahar yeməyinin ən əhəmiyyətli pay olduğuna vurğulayan Canan Karatay, "Yuxudan sonra, uzun müddət aç qaldıqdan sonra yediyimiz ilk pay nahardır. Naharda sağlam qidaları qəbul etsəniz, bütün gün dinc olar və xəstə olmazsınız. Bu çox doğru bir sözdür. "Yumurta yeməyin" deyə illərdir insanları aldatdılar. Yumurtanın sarısı əksinə şəkər xəstəliyini yaxşılaşdırır. Yumurta tamamilə şəkər xəstəliyini yaxşılaşdırıb, infarktı önləyir. O sözlərə aldanmayın, əfəndim. Yumurta super qidadır. Kərəyağı super  qidadır" deyə bildirir.


Paylaş

Bizi Facebookda izləyin
menu
menu