Kruz gəmisində koronavirusa yoluxanların sayı artıb - FOTO


Karantin altında olan “Diamond Princess” kruz gəmisində daha 70 nəfərin koronavirusa (COVID-19) yoluxduğu aşkarlanıb.

APA-nın “Alman dağlası”na istinadən verdiyi məlumata görə, bunu Yaponiya Səhiyyə naziri Katsunobu Kato bildirib.

Bununla da gəmidə virusa yoluxanların sayı 355 nəfərə çatıb.

Qeyd edək ki, Yaponiyaya məxsus “Diamond Princess” kruz gəmisində 2500 turist və 1000 şeyət üzvü var. Onların arasında Rusiya. Ukrayna və Almaniya vətəndaşları da yer alıb. Gəmi koronavirus aşkarlanan Honkonqa səfər etdikdən sonra karantin altına alınıb. Gəmi Yaponiyanın İokoqama limanındadır. Karantin müddətinin fevralın 19-dək uzadılması gözlənilir.

Paylaş

Bizi Facebookda izləyin
menu
menu